Dünya

Türkiyə hərbçiləri terrorçulara qarşı xüsusi əməliyyatda 6 silahlını zərərsizləşdirib

Türk Silahlı Qüvvələri xüsusi əməliyyat nəticəsində PKK-nın daha 6 terrorçusunu zərərsizləşdirib.”Report”un Türkiyə bürosu xəbər verir ki, qısa müddət ərzində xüsusi əməliyyatla məhv edilən terrorçuların, “Sülh çeşməsi” əməliyyat zonasına hücum hazırlığında olduğu müəyyən edilib.
Qeyd edək ki, 1984-cü ildə meydana çıxan PKK terror təşkilatının silahlıları Türkiyədə bir sıra cinayətlər həyata keçirərək, təhlükəsizlik qüvvələrinin 7 500 əməkdaşını, habelə 6 800 dinc sakini qətlə yetiriblər.
ABŞ və Avropa İttifaqı PKK-nı terror təşkilatları siyahısına daxil edib.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button