Dünya

Türkiyə-Ermənistan dialoqu üzrə növbəti görüş keçirilib

Ermənistan və Türkiyə xüsusi nümayəndələrinin sayca ikinci görüşü baş tutub. APA xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Ermənistan və Türkiyə xüsusi nümayəndələri Ruben Rubinyan və Sərdar Kılıç arasında görüş Vyanada keçirilib.

“Tərəflər danışıqlarda yekun məqsədin Moskvada ilk görüşdə razılaşdırıldığı kimi Türkiyə ilə Ermənistan arasında məsələlərin yekun nizamlanması olduğunu təsdiqləyiblər”, – deyə açıqlamada deyilir.

Tərəflər bu istiqamətdə birgə addımların atılması barədə razılaşıblar.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button