İqtisadiyyat

Türkiyə Azərbaycan qazının idxalını azaldıb

Bu ilin yanvar-may aylarında Türkiyə Azərbaycandan 4 355,89 mln. kubmetr qaz idxal edib ki, bu da ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 3,8% azdır.
“APA-Economics”in Türkiyənin Enerji Bazarı Tənzimləmə İdarəsinə (EPDK) istinadən verdiyi məlumata görə,Türkiyə 2020-ci ilin yanvar-may aylarında Azərbaycandan 4 527,39 mln. kubmetr qaz idxal edib.
Cari ilin may ayında Türkiyə Azərbaycandan 426,72 mln. kubmetr qaz idxal edib, bu da illik müqayisədə 51,6% azdır. May ayında Azərbaycan Türkiyənin ümumi qaz idxalında Rusiya və İrandan sonra üçüncü yerdə qərarlaşıb.
Qeyd edək ki, ötən il Türkiyə Azərbaycandan 11 547,38 mln. kubmetr qaz idxal edib, bu, 2019-cu illə müqayisədə 20,5% çoxdur.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button