İdman
Türkiyə AVRO 2028-ə ev sahibliyi etmək üçün rəsmi müraciət edib

Türkiyə futbol üzrə Avropa Çempionatının final mərhələsinin keçirilməsi üçün UEFA-ya müraciət unvanlayıb.
Trend-in Türkiyə Futbol Federasiyasına (TFF) istinadən verdiyi məlumata görə, TFF 2028-ci ildə futbol üzrə Avropa Çempionatının final mərhələsinin Türkiyədə keçirilməsi üçün UEFA-ya rəsmi müraciət ərizəsi ünvanlayıb.
Bildirilib ki, UEFA AVRO-2028-in keçirilməsi ilə bağlı qərarını qarşıdakı dövrdə namizəd ölkələrin sənəndlərini qiymətləndirdikdən sonra verəcək.