İqtisadiyyat

Türkiyə 2027-ci ilədək qaz tələbatının üçdə birini Qara dənizdəki hasilat hesabına ödəyəcək

Bu yaxınlarda Qara dənizdə kəşf edilmiş yataqdan 2027-ci ilədək maksimum təbii qaz hasilatına nail olmaq Türkiyənin enerji ehtiyacının üçdə bir hissəsini ödəməsinə imkan verəcək.
“APA-Economics”in məlumatına görə, bunu Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönmez “Bloomberg”ə müsahibəsində deyib.
Nazirin sözlərinə görə, 2023-cü ildə 3,5 mlrd. kubmetr qaz hasilatı ilə bu yatağın işlənməsinə başlanılacaq. Daha sonra, növbəti 4 ildə illik hasilatın 15 mlrd. kubmetrə qədər artırılması nəzərdə tutulub.
“Bloomberg” xəbər verir ki, “Türkiye Petrolleri” şirkəti araşdırılan ehtiyatlarının (yatağın) 540 mlrd. kubmetr olduğu təxmin edilən “Sakarya” sahəsində 40 quyu qazmağı planlaşdırır. Dönmez Türkiyənin yatağın işlənməsini xarici şirkətlərin iştirakı olmadan müstəqil şəkildə həyata keçirmək niyyətində olduğunu bildirib. Nazir Türkiyənin təbii qaza olan tələbatının bu il 25% artaraq 60 mlrd. kubmetrə çatacağını da xatırlayıb.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button