İqtisadiyyat

Türkiyə 12 yaşadək uşaqlar üçün ölkəyə giriş şərtlərini yumşaldıb

Türkiyə hökuməti 12 yaşdan kiçik uşaqlar üçün ölkəyə giriş şərtlərini yumşaldıb.
“APA-Economics” Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Belə ki, artıq ölkəyə daxil olarkən 12 yaşdan kiçik uşaqlar üçün peyvənd sertifikatının və PCR testinin təqdim edilməsi tələb olunmur.
Qeyd edək ki, əvvəllər 6 yaşdan yuxarı peyvənd edilməmiş şəxslərdən Türkiyəyə daxil olarkən təyinat yerinə çatmazdan 72 saatdan gec olmayaraq mənfi PCR testin nəticəsi və ya son altı ayda keçirdiyi xəstəlik barədə sertifikat tələb olunurdu.
“Türkiyəyə girərkən 12 yaşdan kiçik uşaqlar peyvənd sertifikatı və ya PCR testi vermək tələbindən azaddırlar”, – məlumatda deyilir.
Bununla yanaşı, COVID-19 əleyhinə iki doza peyvənd olunanlara sadəcə sertifikatı təqdim etmək kifayətdir. İkinci doza peyvənd edildiyi andan etibarən Türkiyəyə planlaşdırılan girişdən ən azı 14 gün keçməlidir.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button