İqtisadiyyat

“Türk kapitallı xarici şirkətlərdən Qarabağa dair müraciətlər var” – Camal Yanğın

Bir sıra ölkələrdə, o cümlədən Avropa ölkələrində fəaliyyət göstərən Türkiyə kapitallı şirkətlərdən Azərbaycanın işğaldan azad edilmiş ərazilərində fəaliyyət göstərmək üçün Azərbaycan-Türkiyə İş Adamları Birliyinə müraciətlər var.

Bunu “Report”a açıqlamasında qurumun İdarə Heyətinin sədri Camal Yanğın deyib.

“Şirkətlərin rəsmiləri Qarabağın inkişaf etdirilməsi prosesinin başlayıb-başlamadığını soruşurlar. Mən də bildirirəm, hələ ki, işğaldan azad edilmiş ərazilərin inkişafı ilə bağlı ümumi plan tam hazır deyil. Üstəlik həmin ərazilər işğalçı dövlətin basdırdığı minalarla doldudur. Hələ ki, 10 türk kapitallı şirkət Qarabağda çalışır, bizim mütəxəssislər azərbaycanlı həmkarları ilə birlikdə infrastruktur layihələri reallaşdırırlar”, – deyə o, qeyd edib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button