Cəmiyyət

Türk dünyası alimləri beynəlxalq simpoziumda iştirak üçün Bakıya toplaşır

Oktyabrın 7-10-da Türk Ocağı Dərnəyi və TİKA-nın birgə təşkilatçılığı ilə “Türk dövlətlərinin müstəqilliklərinin 30-cu ildönümü və Türk Dünyası” adlı beynəlxalq simpozium keçiriləcək.
Bu barədə “Report”a Azərbaycan Türk Ocağı İctimai Birliyinin sədri Akif Aşırlı məlumat verib.
Tədbirdə Türk Ocağı başqanı, professor Mehmet Öz, UNESCO-nun Türkiyə Milli təşkilatının başqanı Öcal Oğuz, TİKA-nın Bakı nümayəndəliyinin koordinatoru Fatih Yılmaz, Azərbaycanın dövlət təmsilçiləri və deputatlar iştirak edəcəklər.
Sədr bildirib ki, 3 günlük simpoziumda Türkiyənin Qazi Universiteti, Qırğızıstanın Manas və Türk-Kazak Ahmet Yasəvi Universitetindən 31 alim iştirak edəcək.
A.Aşırlı vurğulayıb ki, simpoziumun açılış tədbiri oktyabrın 8-də saat 11-də Azərbaycan Texniki Universitetinin akt zalında olacaq: “Simpoziumun təşkilatçıları arasında Azərbaycan Texniki, Pedaqoji universitetləri və Azərbaycan İlahiyyat İnstitutu da var. Elmi tədbirdə Azərbaycanın müxtəlif elm-təhsil müəssisələrində çalışan 18 alimin məruzəsi dinləniləcək. Ümumilikdə, konfransda 48 elmi məruzə müzakirəyə çıxarılacaq, Türk dünyasının birliyi əsas müzakirə mövzusu olacaq”.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button