İqtisadiyyat

Turizm sahəsində haqsız rəqabətin aradan qaldırılması üçün görüləcək tədbirlər məlum olub

Turizm sahəsində haqsız rəqabətin aradan qaldırılması üçün turizm sənaye assosiasiyalarının yaradılacaq və etik davranış kodeksləri təsdiq ediləcək.
APA-nın məlumatına görə, bu, Milli Məclisin payız sessiyasının qanunvericilik işləri planına daxil edilən “Turizm haqqında” qanun layihəsinin ilkin versiyasında əksini tapıb.
Qanun layihəsində qeyd edilib ki, turizm sənaye assosiasiyalarının yaradılması və etik davranış kodekslərinin təsdiq edilməsi turizm sənayesi subyektlərinin təşkilatlanması, maraqlarının müdafiəsi, haqsız rəqabətin aradan qaldırılması, həmçinin sənaye subyektlərinin ixtisaslaşması və aralarında təcrübə mübadiləsinin həyata keçirilməsi, istehlakçıların şikayətlərinə düzgün qaydada baxılmasının təşkili üçün mühüm əhəmiyyətə malikdir.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button