Dünya

Tunisin bir neçə hərbçisi helikopter qəzasında həlak olub

Tunis ordusunun helikopteri ölkənin şərqində qəzaya uğrayıb.
“Report” xəbər verir ki, bu barədə “Mosaique” radiostansiyası respublikanın Milli Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Məhəmməd Zekriyə istinadən bildirib.
Məlumata görə, qəza Əl-Xamma (Qabes əyaləti) ərazisində olub. Hadisə zamanı helikopterdəki üç hərbi qulluqçu həlak olub.
Zekrinin sözlərinə görə, helkopterin ekipajı gecə təlimlərində iştirak edirmiş. Qəzanın başvermə səbəbi açıqlanmır.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button