Dünya

Tunisdə yeni hökumət formalaşıb |

Tunisdə Nəcla Buden Romdhaneninin başçılığı ilə yeni hökumət formalaşıb.
“Report” xəbər verir ki, məlumatı TASS yayıb.
Bildirilib ki, yeni hökumət Tunis Prezidenti Kais Səidin qarşısında and içib.
Prezidentin sərəncamına əsasən, Usman Cerandi xarici işlər naziri postunu qoruyub. İmed Memiş milli müdafiə naziri, Taufik Şarfeddin daxili işlər naziri, Sihem Buqdiri Nemsey maliyyə naziri, Samir Səid iqtisadiyyat və planlaşdırma naziri, Leyla Caffel ədliyyə naziri və Əli Mrebet isə səhiyyə naziri təyin olunub.
Qeyd edək ki, Nəcla Buden Romdhaneni Tunis tarixində ilk qadın hökumət başçısıdır.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button