İqtisadiyyat
TRASECA nəqliyyat dəhlizinin rəqabət qabiliyyətliliyinin artırılması müzakirə olunub

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev TRASECA-nın Baş katibi Aset Asavbayevlə görüşüb.
“APA-Economics” xəbər verir ki, bu barədə nazir “Facebook” hesabında yazıb.
O əlavə edib ki, görüşdə TRASECA çərçivəsində əməkdaşlığın mövcud vəziyyəti, nəqliyyat dəhlizinin rəqabət qabiliyyətliliyinin artırılması istiqamətində həyata keçirilən prioritet layihələri və gələcək inkişaf perspektivlərini müzakirə edilib.
“Bu əməkdaşlıq platforması Azərbaycan üçün böyük əhəmiyyət kəsb edir”,- R.Nəbiyev qeyd edib.