Dünya

Trampın saxlanılan keçmiş köməkçisi 250 milyon dollara azadlığa çıxıb

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) maraqlarına qanunsuz olaraq lobbiçilik etmək ittihamı ilə saxlanılan ABŞ-ın keçmiş prezidenti Donald Trampın köməkçisi olmuş Tomas Barrak 250 milyon ABŞ dolları girov müqabilində azadlığa buraxılıb.
“Report” xəbər verir ki, bu barədə “CNN” telekanalı məlumat verib.
Eyni zamanda, Barraka yerini müəyyən edə biləcək cihaz taxması göstərişi verilib. O, həftənin birinci günü (26 İyul – Red) məhkəmə qarşısına çıxacaq.
Barrak, 20 iyulda Los-Ancelesdə, Bruklin məhkəməsində ona qarşı irəli sürülən federal ittihamlar əsasında tutulub. Sənədlərdə 74 yaşlı milyarder Barrakla birgə 27 yaşlı Metyu Qraymz və yeri müəyyən edilə biləməyən BƏƏ vətəndaşının adı yer alıb.
Qeyd edək ki, 2016-cı ilin noyabrından 2017-ci ilin yanvarına qədər prezidentin andiçmə komitəsinin sədri vəzifəsini həyata keçirən Tomas Barrak 2017-ci ilin yanvar ayından ABŞ-ın Orta Şərqdəki xarici siyasəti ilə əlaqəli mövzularda hökumət rəsmilərinə qeyri-rəsmi olaraq tövsiyələr verib.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button