Dünya

Tramp məhkəmə vasitəsilə tvitter səhifəsini bərpa etməyi planlaşdırır

ABŞ-ın sabiq Prezidenti Donald Tramp Florida ştatının federal məhkəməsinə müraciət edib. O, sosial şəbəkəsinin tam bərpa olunması ilə bağlı məhkəmə çəkişmələrinin davam etdiyi müddətdə tvitter səhifəsinin müvəqqəti bərpasını istəyir.
“Report” xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
Keçmiş Prezident tvitter səhifəsinin onun konqresdəki siyasi rəqiblərinin təsiri altında bağlanıldığını iddia edir.
“Twitter” şirkəti onun bəyanatını şərh etməyib.
D.Tramp həmçinin prezidentliyi dövründə şirkətin onun səhifəsinə qarşı əsassız şəkildə senzura tətbiq etdiyini, onun paylaşımlarını “yanıldıcı informasiya” kimi işarələndiyini deyib.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button