İqtisadiyyat

TRACECA-nın Azərbaycan hissəsində yükdaşımalar 3% azalıb

Bu ilin yanvar-iyul aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin (TRACECA) Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 23 670,3 min ton təşkil edib.
Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, illik müqayisədə yük daşımaları 3,3% azalıb.
Məlumata görə, yüklərin 13 308,6 min tonu və ya 56,2%-i avtomobil nəqliyyatı, 7 679,3 min tonu və ya 32,5%-i dəmir yolu nəqliyyatı, 2 682,4 min tonu və ya 11,3%-i dəniz nəqliyyatı ilə daşınıb.
“Dəhliz vasitəsilə daşınmış yüklərin 22,4%-i və ya 5 311,4 min tonunu tranzit yüklər təşkil edib”, – məlumatda deyilir.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button