Gündəm
Toz dumanı çəkilmir

Bakı və Abşeron yarımadasında artıq üçüncü gündür toz dumanı müşahidə olunur.
Milli Hidrometeorologiya Xidməti bildirir ki, avtomatik stansiyalardan daxil olan məlumata əsasən, Bakı şəhərində havada dispers toz hissəciklərinin qatılığı sanitar normadan 2.6 dəfə yüksəkdir.
Peyk görüntülərinə əsasən, havada müşahidə olunan toz hissəciklərinin transsərhəd xarakter daşıdığı qeyd edilir.
Milli Hidrometeorologiya Xidmətinin məlumatında deyilir ki, belə tozlu havanın meteoroloji şəraitdən asılı olaraq iyunun 22-də də davam edəcəyi gözlənilir.
AZADLİQ.ORG