Cəmiyyət

Toylarda reydlər davam edir

Ötən gün toylara görə 1 nəfər cərimələnib, 2 nəfər şənliyə buraxılmayıb. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, yanvarın 31-də DİN-in, Qida Təhlükəsizliyi Agentliyinin və Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 61 toy şənliyinin monitorinqini həyata keçirib.

Monitorinq 60 şadlıq sarayında, 1 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 1 nəfər cərimə olunub, 2 nəfər şənliyə buraxılmayıb.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button