Cəmiyyət

Tovuzda qanunsuz fəaliyyət göstərən ət satışı məntəqələri aşkar olunub

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Tovuz rayonu ərazisində fəaliyyət göstərən ət satışı yerlərində reydlər keçirib.
AQTA-dan “Report”a verilən məlumata görə, reydlər zamanı ət satışının antisanitar şəraitdə və baytarlıq ekspertizası aparılmadan həyata keçirildiyi məntəqələr aşkar edilib.
Aşkar olunan faktla bağlı qanunvericiliyin tələbləri çərçivəsində müəssisə rəhbərliyi inzibati məsuliyyətə cəlb edilib.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı qətiyyətlə alınacaq.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button