Cəmiyyət

Tovuzda iki avtomobil toqquşub, xəsarət alanlar var 

Tovuz rayonu ərazisində bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un Qərb Mərkəzinin məlumatına görə, Qovlar ərazisində iki minik avtomobilinin toqquşması nəticəsində 4 nəfər, 1949-cu il təvəllüdlü Çiçək Sadıqova, 1981-ci il təvəllüdlü Yeganə Sadıqova, 1954-cü il təvəllüdlü Lahıcova Gülmaya və avtomobillərdən birinin sürücüsü xəsarət alıb.
Onların vəziyyəti qənaətbəxş hesab olunur.
Faktla bağlı araşdırmalara başlanılıb.
Qeyd edək ki, Tovuz rayonunda gün ərzində daha iki avtomobil qəzası qeydə alınıb. Həmin qəzalarda da yüngül xəsarət alanlar olub və onlara ambulator yardım göstərilib.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button