Cəmiyyət

Tovuzda avtomobilin vuraraq öldürdüyü piyadanın şəxsiyyəti məlum olub

Tovuz rayonunda bazarın önündə “VAZ-21015” markalı avtomobilin vuraraq öldürdüyü piyadanın şəxsiyyəti dəqiqləşib.
“Report”un Qərb Mərkəzinin məlumatına görə, yol-nəqliyyat hadisəsi zamanı dünyasını dəyişən piyada Abulbəyli kənd sakini, 1968-ci il təvəllüdlü Fazilə Cəfərovadır. O, xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. F.Cəfərovanın meyiti tibbi ekspertizaya göndərilib.
Faktla bağlı cinayət işi başlanıb.
08:29
Tovuz rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
“Report”un Qərb Mərkəzinin məlumatına görə, hadisə rayondakı bazarın qarşısında qeydə alınıb.
Avtomobillə vurulan qadın piyada xəstəxanaya aparılan zaman aldığı xəsarətlərdən yolda dünyasını dəyişib.
Faktla bağlı araşdırmalara başlanılıb.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button