Mədəniyyət

“Tovuz döyüşləri” kitabının təqdimat mərasimi keçirilib

Milli Məclisin Mədəniyyət Komitəsinin təşkilatçılığı ilə “NƏFƏS” İctimai Birliyinin qərargahında “Tovuz döyüşləri” kitabının təqdimat mərasimi keçirilib.

Musavat.com xəbər verir ki, öncə Qarabağın işğaldan azad olunması uğrunda həlak olan şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə Milli Məclisin Mədəniyyət Komitəsinin eksperti, şair Əkbər Qoşalı açıb. O bildirib ki, kitabın məhz bu ərəfədə təqdim edilməsi təsadüfi deyil: “Qarşıdan Zəfər günü gəlir. Biz qələbəni 44 günlük müharibə nəticəsində qazandıq. Lakin ümumiləşmiş bir fikri sizinlə bölüşə bilərik ki, qalibiyyətin başlanğıcı 4 günlük Tovuz döyüşlərindən başlayıb. Təqdim olunan nəşrdə də məhz Tovuz döyüşlərində həlak olan şəhidlər barədə məlumatlar toplanıb”.

Kitabın müəllifi Güləmail Muraddır. Ön sözün müəllifi xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin birinci katibi Çingiz Abdullayevdir. İdeya müəllifi isə Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, professor Qənirə Paşayevadır. “Tovuz döyüşləri” kitabında 2020-ci ilin iyulunda həlak olan 12 şəhidimizin, həmçinin, bir müddət sonra şəhid olan Elşən Məmmədovun həyat və döyüş yolundan bəhs olunur. Nəşrdə I Qarabağ savaşında şəhid olan qəhrəmanlar haqqında da məlumatlar toplanıb.

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva çıxışında Zəfər günü ərəfəsində ən böyük təbrikin şəhid ailələrinə, qazilərə düşdüyünü vurğuladı: “Ali Baş Komandan gücü, qətiyyəti, iradəsi sayəsində xalqımızı birləşdirməyi bacardı. Hər kəs bir yumruq kimi birləşdi və torpaqlarımız işğaldan azad edildi. 30 illik həsrətimizə son qoyuldu. Böyük Əhməd Cavadın himnimizdə deyildiyi kimi, yaşamaq hüququndan keçib həyatını qurban verən qəhrəman şəhidlərimiz hər zaman tariximizdə yaşayacaq. Onları dualarımızda yaşadıb, sevgi ilə anacağıq. Bu kitabın məhz Zəfər günü ərəfəsində təqdim olunması çox doğru qərardır. Tovuz döyüşlərində həlak olan qəhrəmanlar fərqli bölgələrdən idi. Onlar Vətən anlayışını bir daha anlatdılar. “Ali Baş Komandan,de,ölümünə qədər gedək” – Tovuzda şəhid olan qəhrəmanların əksəriyyəti məhz bu şüarla irəli atılmışdı””.

Q.Paşayeva həmçinin,kitabın bölgələrdə də təqdim olunacağını, şəhid ailələrinə hədiyyə ediləcəyini bildirdi. Kitabın müəllifi Güləmail Murad isə çıxışında Tovuz döyüşlərində həlak olan şəhidlərin ruhunun Qarabağın yoluna işıq saldığını qeyd etdi: “Kitab üzərində işləyərkən şəhidlərimizin ailələrini ziyarət etdim. Şəhid anaları deyirdilər ki, biz övladlarımızı Vətən üçün doğmuşuq. Şəhidlərimizin qanı yerdə qalmadı. Xalqımız həmrəylik göstərdi. Qarabağ artıq azaddır. Qarşıdan gələn Zəfər günü münasibətilə hər kəsi təbrik edirəm”.

Millət vəkili, akademik Nizami Cəfərov kitabı dəyərli nəşr kimi dəyərləndirib: “Kitabda qəhrəmanlarımızın obrazları yaradılıb. Peşəkar hərbçilər üçün ən təhlükəlisi düşmənin üzünə baxa bilməməkdir. Şəhidlərimiz Qarabağın işğalından sonrakı dövrdə yetişmişdilər. Onların xidmətləri böyükdür. Bu kitabda adları çəkilən qəhrəmanlar gələcək nəsillərə örnəkdir. Onları tanıtmaq və yaşatmaq hər birimizin borcudur”.

47 yaşında şəhidlik zirvəsinə ucalan polkovnik İlqar Mirzəyevin anası Gülnar Mirzəyeva oğlunun ən böyük arzusunun torpaqlarımızın düşməndən azad etmək olduğunu bildirdi: “Bu gün Zəfər bayramını görmək oğluma qismət olmadı. Lakin 12 şəhiddən sonra Azərbaycan xalqı ayağa qalxdı, prezidentin ətrafında yumruq kimi birləşdi. Hər kəs şəhidlərin qanını yerdə qoymamaq üçün, qisas almaq üçün bir araya gəldi. Düşməni torpağımızdan qovdular, Qarabağı azad etdilər. Oğlumla hər zaman fəxr etmişəm. İndi daha da çox fəxr edirəm ki, oğlum məni şəhid anaları siyahısına saldı. Anaların qəlbində sağalmaz yara olmasına baxmayaraq, balalarımızla fəxr edirik. Əgər bu günə kimi onların bir anası var idisə, indi milyonlarla Azərbaycan qadını onların analarıdır. Şəhidlər Azərbaycan xalqının baş tacıdır”.

Tədbirdə şəhid mayor Anar Novruzovun qardaşı Sücəddin Novruzov, polkovnik İlqar Mirzəyevin qardaşı Rafael Mirzəyev,tələbə yoldaşı, ehtiyatda olan polkovnik leytenant Mürşüd Babayev, millət vəkili Məşhur Məmmədov, “Qazax” Xeyriyyə Cəmiyyətinin sədri, əməkdar müəllim İlham Pirməmmədov, “Nəfəs” İB-nin sədri Firəngiz Balakişiyeva, Regional hüquqi və iqtisadi maarifləndirmə” İctimai Birliyinin sədri Arzu Bağırova, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İB-nin üzvləri çıxış edərək kitabın ərsəyə gəlməsində əziyyət keçən şəxslərə minnətdarlıq

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button