Gündəm

Tovuz Azərbaycanın Gənclər Paytaxtı elan edilib

Bu gün Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumu çərçivəsində ölkənin 9 şəhəri arasında püşkatma keçirilib.

Püşkatmanın nəticəsinə əsasən, Tovuz 2022-ci il üçün Azərbaycanın Gənclər Paytaxtı elan edilib.

Qeyd edək ki, 2012-ci ildən hər il paytaxt Bakı istisna olmaqla, Azərbaycanın şəhər və rayonlarından biri Gənclər Paytaxtı elan olunur. Əvvəllər Gəncə, Biləsuvar, Quba, İsmayıllı, Şəmkir, Balakən, Naxçıvan, Şamaxı, Masallı, Göygöl şəhər və rayonları Azərbaycanın Gənclər Paytaxtı seçilib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button