Dünya

Tokioda qatarın bir neçə vaqonu relsdən çıxıb, xəsarət alanlar var

Yaponiyanın paytaxtı Tokionun Adaçi rayonunda qatarın bir neçə vaqonu relsdən çıxaraq azı 3 nəfəri yaralayıb.”Report”un “Kyodo” agentliyinə istinadən verdiyi məlumata görə, hadisəyə 6,1 bal gücündə baş verən yeraltı təkanlar səbəb olub.
Qatar təcili əyləc vəziyyətində olub. Nəticədə qatarın bir neçə vaqonu relsdən çıxsa da, yan tərəfə yıxılmayıb.
Bütün sərnişinlər qatardan təxliyə edilib.
Yeraltı təkanların episentri Tokio və Çiba prefekturalarının sərhədində 80 km dərinlikdə yerləşib.
Sunami xəbərdarlığı edilməyib.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button