İdman
Tokioda Olimpiya kəndini tərk edən şəxs karantinə alınacaq

“Bir çox məsələlər sadə görünür, amma çox qəlizdir. İstər antidopinq, istər koronavirusla bağlı”.
Apasport.az saytı xəbər verir ki, bunu Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə deyib.
O bildirib ki, idmançılar yarış zamanı istənilən vaxt Olimpiya Kəndini tərk edə bilər: “Ancaq həmin şəxs qayıtdığı zaman karantinə alınacaq. Onunla yanaşı, dostları və yoldaşları da karantinə alınacaq və yarışa buraxılmayacaq”.