İdman

Tokio-2020: Azərbaycan Paralimpiadada ilk medalını qazanıb

Tokio-2020 XVI Yay Paralimpiya Oyunları davam edir.
Apasport.az saytının məlumatına görə, bu gün Azərbaycan milli komandası ilk medalını qazanıb.
Pauerliftiqdə mübarizə aparan Pərvin Məmmədov bürünc medala yiyələnib. 49 kq çəkidə çıxış edən idmançımız 156 kq nəticə göstərib.
Qeyd edək ki, Tokio-2020 XVI Yay Paralimpiya Oyunlarında ölkəmiz 6 idman növündə 46 kateqoriyada rekord sayda 35 idmançı ilə təmsil olunur.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button