İdman

Tokio-2020: Azərbaycan karateçisi qrupda qalıb

Tokio-2020 Yay Olimpiya Oyunlarında karate yarışları start götürüb.
Apasport.az saytının məlumatına görə, Yaponiya paytaxtına üç idmançı ilə yollanan Azərbaycan karate yığması da mübarizəyə başlayıb.
Bu gün millimizin ilk təmsilçisi tatami üzərinə çıxıb. 67 kq çəki dərəcəsindəki təmsilçimiz Firdovsi Fərzəliyev uğursuzluqla üzləşib. A qrupunda yarışa start verən idmançımız 4 qarşılaşmada yalnız bir qələbə qazanaraq qrupda qalıb.
5 avqustKişilər, 67 kqA qrupuFirdovsi Olimpiadaya məğlubiyyətlə başlayıb. O, ilk görüşdə Eray Şamdana (Türkiyə) 1:7 hesabı ilə uduzub. Karateçimiz ilk qələbəsini ikinci qarşılaşmada qazanıb. O, Naoto Saqoya (Yaponiya) qalib gəlib – 1:0.
Ardınca qrupun lideri Darxan Assadılova (Qazaxıstan) 2:6 hesabı ilə uduzan təmsilçimiz yarımfinal şansını çətinə salıb. Fərzəliyev autsayder Əli Əlsavi (Misir) ilə görüşdə də 0:1 hesabı uduzaraq qrupda 5-ci yeri tutub.
Qeyd edək ki, karate millimizi Tokioda Rafael Ağayevlə İrina Zaretska da təmsil edəcək.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button