İdman

Tokio-2020: Azərbaycan cüdoçusu mübarizəni dayandırıb

Tokio-2020 Yay Olimpiya Oyunları davam edir.
Apasport.az saytının məlumatına görə, Olimpiadanın beşinci günü Azərbaycan yığmasının daha bir cüdoçusu Murad Fətiyev mübarizəyə qoşulub. Təəssüf ki, 81 kq çəki dərəcəsində qüvvəsini sınayan təmsilçimiz də yarışla erkən vidalaşıb.
Cüdo27 iyul81 kq1/16 final81 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Murad Fətiyev 1/16 final mərhələsində yarışa start götürüb. 22 yaşlı cüdoçumuz Syerra-Leonedən olan Frederik Harrislə üz-üzə gəlməli idi. Lakin özündən 15 yaş böyük olan rəqibi çəki mərasimində iştirak etmədiyindən, Fətiyev Olimpiadada texniki qələbə ilə mərhələ adlayıb.
Onun 1/8 finaldakı rəqibi monqolustanlı Səid Mollayi olub. 2018-ci ildə Bakıda dünya çempionu tituluna yiyələnən İran əsilli cüdoçu həmyerlimizə heç bir şans verməyib. O, vazari ilə qalib gəldiyindən, Fətiyev Olimpiadada çıxışını dayandırıb.
Qeyd edək ki, Tokio-2020-də 9 cüdoçu ilə təmsil olunan Azərbaycan yığmasının heyətində bundan əvvəl Kəramət Hüseynov (60 kq), Aişə Qurbanlı (48 kq), Orxan Səfərov (66 kq) və Rüstəm Orucov (73 kq) yarışı medalsız başa vurublar.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button