İdman

Tokio-2020: Azərbaycan boksçusu mükafatlandırılıb – FOTOLENT

Azərbaycan millisinin boksçusu Alfonso Dominqesin mübarizə apardığı çəki dərəcəsində çempionun adı bəlli olub.
Apasport.az saytının məlumatına görə, 81 kq çəki dərəcəsində qalib adına kubalı Arlen Lopes yiyələnib. 
Yarımfinalda Dominqesə qalib gələn boksçu finalda böyük britaniyalı Benjamin Uittakeri 4:1 hesabı ilə məğlub edib. O, bununla da ardıcıl ikinci dəfə Olimpiya çempionu tituluna yiyələnib. 
Bürünc medallara isə Alfonso ilə yanaşı, rusiyalı İmam Xatayev (Rusiya Olimpiya Komitəsi) sahib olub. 
81 çəkidə final döyüşünün ardınca mükafatlandırma mərasimi keçirilib. Azərbaycan boksçusu Alfonso Dominqes də qazandığı bürünc medala yiyələnib. 

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button