İdman

Tokio-2020: Azərbaycan badmintonçusu qrupda qalıb

Azərbaycanın badmintonçusu Edi Reski Dviçayo Tokio-2020 Yay Olimpiya Oyunlarında növbəti oyununu keçirib.
Apasport.az saytının məlumatına görə, L qrupunda mübarizə aparan idmançımız III turda Anders Antonsenlə görüşüb.
Vyetnamlı Tien Minh Nguyenə qalib gələn rəqiblər qrup qalibi kimi 1/8 finala birbaşa vəsiqə uğrunda mübarizə aparıb.
Olimpiadanın favoritləri sırasında yer alan danimarkalı görüşü inamlı keçirərək 2 setdə qələbə qazanıb. Edi isə qrup mərhələsini 2-ci sırada başa vurub. O, qaliblərlə birlikdə 1/8 finala yüksələn iki ən yaxşı qrup ikincisi sırasına düşə bilməyib. Bununla da idmançımızın Olimpiada debütü qrupda yekunlaşıb.
Qeyd edək ki, Dviçayo Olimpiya Oyunları tarixində badminton yarışlarındakı ilk Azərbaycan təmsilçisidir.
28 iyulBadminton, kişilərL qrupu, III tur15:00. Anders Antonsen (Danimarka) – Edi Reski Dviçayo (Azərbaycan) – 2:0 (21:16, 21:15)

1

Anders Antonsen (Danimarka)

2

2

0

4-0

84-57

2

Edi Reski Dviçayo (Azərbaycan)

2

1

1

2-2

73-74

3

Tien Minh Nguyen (Vyetnam)

2

0

2

0-4

58-84

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button