Dünya

Tokayev Nazarbayevin səlahiyyətlərini məhdudlaşdıran qanunu imzalayıb

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev daxili və xarici siyasət təşəbbüslərini birinci Prezident Nursultan Nazarbayevlə razılaşdırılması barədə qərarı ləğv edən qanun imzalayıb.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat verib.

Bundan öncə parlamentin də təsdiqlədiyi qərarla Nazarbayevin Qazaxıstan Xalqlar Assambleyasındakı ömürlük sədrliyi də ləğv olunur.

Bununla belə, sabiq dövlət başçısının vacib məsələlərlə bağlı hökumət, parlament və palataların iclasında çıxış etmək hüququ saxlanılır. O, Konstitusiya Şurasının üzvü olaraq da səlahiyyətlərini icra edəcək.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button