Mədəniyyət

Tofiq Quliyevin 105 illiyinə həsr olunmuş konsert proqramı keçiriləcək

Heydər Əliyev Sarayında Tofiq Quliyevin 105 illiyinə həsr olunmuş konsert proqramı keçiriləcək.

Bu barədə APA-ya Heydər Əliyev Sarayının mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, aprel ayının 29 saat 19.00-da Sarayın “Əbədiyaşarlar” layihəsi çərçivəsində görkəmli bəstəkar, Xalq artisti Tofiq Quliyevin 105 illiyinə həsr olunmuş “Bizi yaşadan nəğmələr” adlı konsert proqramı hazırlanır.

Gecədə bəstəkarın unudulmaz nəğmələrini Azərbaycanın tanınmış incəsənət nümayəndələri ifa edəcək.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button