Mədəniyyət

“Timsah Gena” cizgi filminin mahnısının müəllifi vəfat edib

Keçmiş SSRİ və Rusiyanın tanınmış şairi və yazıçısı, məşhur “Timsah Gena” cizgi filminin mahnısının müəllifi Aleksandr Timofeyevski vəfat edib.

“Report” xəbər verir ki, bunu kinoşünas Sergey Kapkov feysbuk səhifəsində yazıb.

O, 88 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Aleksandr Timofeyevski 1933-cü il noyabrın 13-də Moskvada anadan olub. “Timsah Gena” cizgi filminin mahnıları ona şöhrət qazandırıb.

A.Timofeyevski 1963-1983-cü illərdə “Soyuzmultfilm” kionstudiyasında redaktor işləyib. Uşaqlar üçün çoxsaylı hekayələrin və kitabların müəllifidir.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button