İdman

“The Best”: Azərbaycan yığmasının kapitanı seçimini açıqlayıb

Azərbaycan millisinin kapitanı Maksim Medvedevin FIFA-nın “The Best” mükafatı üçün 2021-ci ilin ən yaxşı futbolçusu nominasiyası üzrə seçimi məlum olub.

33 yaşlı müdafiəçi “Report”a açıqlamasında Fransa PSJ-sində çıxış edən Kilian Mbappeni birinci pilləyə layiq gördüyünü açıqlayıb.

Təcrübəli oyunçu Almaniya “Bavariya”sından polşalı hücumçu Robert Levandovskini ikinci, İngiltərənin “Çelsi” klubundan fransalı yarımmüdafiəçi N Qolo Kanteni üçüncü sırada göstərib.

Qeyd edək ki, “The Best” mükafatı yanvarın 17-də təqdim ediləcək. Ali futbol qurumu 2021-ci ilin ən yaxşı futbolçusuna adına iddiaçıları 3-ə endirib. Bu ada 2020-ci ilin ən yaxşı futbolçusu Robert Levandovski ilə yanaşı, Fransa PSJ-sindən Lionel Messi və İngiltərə “Liverpul”undan Məhəmməd Salah iddialıdır.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button