İdman
“Tezliklə Londonda Türkiyə bayrağını dalğalandıracağıq”

Türkiyəli iş adamı Muhsin Bayrak “Çelsi”ni almaq istəyir.
Qol.az xəbər verir ki, bu barədə o “Yeni Şafak”a açıqlama verib. Bayrak bildirib:
“Biz Roman Abramoviçin vəkilləri ilə “Çelsi”nin alınması şərtlərini müzakirə edirik. Hazırda danışıqlar mərhələsindəyik. Tezliklə Londonda Türkiyə bayrağını dalğalandıracağıq”.
Qeyd edək ki, 3 gün öncə “Çelsi”nin sahibi Roman Abramoviç klubu satmaq istədiyini açıqlayıb. O, “zadəganlar” üçün 4 milyard avro tələb edir.