İqtisadiyyat

Teymur Abdullayev: “Zəngəzur dəhlizi ilə Türkiyə və Avropaya enerji ixrac ediləcək”

Yaxın perspektivdə Naxçıvandan Türkiyə və Avropaya elektrik enerjisi ixracının həyata keçirilməsi mümkün olacaq.

Bunu jurnalistlərə açıqlamasında “Azərenerji” ASC-nin ictimaiyyətlə əlaqələr mərkəzinin rəisi Teymur Abdullayev deyib.

“Bununla bağlı yaxın günlərdə Cəbrayıla Ağcabədidən 130 km, İmişlidən isə 132 km məsafədə 330 kV-luq xət çəkilməsi, o cümlədən Cəbrayılda və Naxçıvanda 330 kV-luq yeni yarımstansiyanın tikilməsi, Zəngəzur dəhlizindən keçməklə Naxçıvana 330 kV-luq xəttin çəkilməsi və Kəlbəcərdə yerdə kiçik su elektrik stansiyasının yenidən qurulmasına başlanacaq. Bu layihənin icrası ilə “Xudafərin” və “Qız qalası” layihələri ilə yanaşı Naxçıvanın ölkənin ümumi enerji sistemi ilə əlaqələndirilməsini təmin ediləcək”, – T. Abdullayev bildirib.

Onun sözlərinə görə, bir sıra istiqamətlərdə də yeni xətlərin çəkilişinə başlanacaq: “Laçında və digər ərazilərdə 110 kV-luq yarımstansiyaların və əlaqələndirici xətlərin çəkilməsi və Qarabağın dairəvi elektrik təchizat sxeminin gerçəkləşdirilməsi nəzərdə tutulub”.

2021-ci ildə Qarabağ və Şərqi Zəngəzurda ümumi gücü 20 meqavatdan artıq olan 4 elektrik stansiyası “Güləbird” SES (Laçın), «Suqovuşan-1», «Suqovuşan-2» və «Kəlbəcər-1» yenidən qurulub.

Ötən ildə Qarabağ və Şərqi Zəngəzurda 110/35/10 kV-luq 9 rəqəmsal yarımstansiya – “Şuşa”, “Füzuli”, “Kəlbəcər”, “Cəbrayıl”, “Zəngilan”, “Qubadlı”, “Ağdam-1”, “Ağdam-2” tikilib və “Şükürbəyli” yarımstansiyası genişləndirilərək tam yenidən qurulub.

“Şükürbəyli” yarımstansiyasından iki istiqamətdə – Şuşaya 75 km, Zəngilana 110 km, Daşkəsəndən Kəlbəcərə 70 km, Xındırıstandan Ağdama isə 35 km məsafədə ikidövrəli olmaqla 110 kV-luq ötürmə xətti çəkilib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button