Cəmiyyət

Terapevt: “Həkim otağına girən hər 10 pasiyentin 9-nun reseptində antibiotik olur”

“Həkim otağına girən hər 10 pasiyentin 9-nun reseptində antibiotik olur”.
“Report” xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssisi, terapevt Zakir Quliyev deyib.
Onun sözlərinə görə, antibiotik bakteriya öldürən vasitə olduğundan virus üzərində təsiri yoxdur: “Bu müalicə üsulu ilə xəstəliyin müddətini uzadıb digər xəstəliklər üçün şans yaratmış oluruq. Pandemiya dönəmində müalicə zamanı ilk mərhələdə antibiotiklərdən çox istifadə olunur. Halbuki ilk fazada təyin olunan antibiotiklər immun sistemini çökdürmüş olur. Xəstəyə dərman yazarkən diqqətli olmaq lazımdır”.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button