İqtisadiyyat
Tenderdən sonra yaranan şirkət tenderdə qalib elan edilib

Ağstafa şəhər Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “Palma-Z” MMC olub.
Qanuna əsasən satınalmalarda iştirak edən şirkətlərin mütləq şəkildə müvafiq sahədə peşəkarlığı, təcrübəsi, texniki və maliyyə imkanları, işçi qüvvəsi, idarəetmə səriştəsi və etibarlılığı olmalıdır.
Amma məsələ burasındadır ki, qalib elan olunan şirkət tender elanından sonra yaranıb. Belə bir şirkətin nə təcrübəsi, imkanı, səriştəsi və bacarığı ola bilər ki?
Ağstafa şəhər Mənzil Kommunal Təsərrüfatı Birliyi Ağstafa rayon İcra Hakimiyyətinə tabedir. Hazırda Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Vaqif oğlu Orucovdur.(yeniavaz.com)
