Dünya

Telman İsmayılov Monteneqrodan siyasi sığınacaq istəmək niyyətindədir

Rusiyda qətl və adam oğurluğu cinayətlərində ittiham olunaraq Monteneqroda saxlanılmış Azərbaycan əsilli iş adamı Telman İsmayılov bu ölkədən siyasi sığınacaq istəmək niyyətindədir.
“Report” TASS-a istinadən xəbər verir ki, bunu T.İsmayılovun vəkili Marina Rusakova bildirib.
O deyib ki, onun müvəkkili ittihamların heç birindən özünü təqsirkar bilmir.
Vəkilin sözlərinə görə, Rusiya Baş Prokurorluğu tərəfindən T.İsmayılovu təhvil vermək tələbi ilə Monteneqroya ünvanlanan sorğu uzun müddətdir göndərilib: “Telman saxlanılırkən onun üstündə siyasi sığınacaq üçün müraciət etdiyini təsdiqləyən sənəd olub. Odur ki, onun saxlanılması qanunsuzdur. Yalnız bu məsələ yoxlanılandan sonra T.İsmayılovun təhvil verilməsi məsələsinə dair qərar veriləcək”.
Xatırladaq ki,Telman İsmayılov Monteneqroda saxlanılaraq barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçilib.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button