Cəmiyyət

Telman İsmayılov Monteneqroda saxlanılıb |

Rusiyanın paytaxtı Moskvada yerləşən Çerkizovski bazarının keçmiş direktoru Telman İsmayılov Monteneqroda saxlanılıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Monteneqronun “Viesti” portalı məlumat yayıb.
İlkin məlumata görə, Rusiyanın ən varlı iş adamları siyahısında olan Telman İsmayılov iki sahibkarın qətlini təşkil etməkdə ittiham olunur. İsmayılova 11 noyabr 2017-ci ildə ittiham irəli sürülüb, azərbaycanlı iş adamının axtarışı İnterpol vasitəsilə həyata keçirilib.
Bu ilin iyun ayında Monteneqro polisi Podqoritsa bölgəsində beynəlxalq həbs qərarı çıxarılan iki xarici vətəndaşı axtardıqlarını bildirib. Onlardan biri iş adamı Telman İsmayılov olub.
2009-cu ildə direktoru olduğu Moskvanın ən böyük topdansatış mərkəzi sayılan Çerkizovski bazarının fəaliyyəti ilə bağlı müxtəlif şikayətlər alıb. Sanitariya orqanları orada çoxsaylı qanun pozuntuları aşkar etdikdən sonra bazar bağlanıb.
Rusiyada o, qətl və qanunsuz silah alverində ittiham olunur. Telman İsmayılovun Monteneqroda saxlanılması da Rusiyanın təqdim etdiyi order əsasında baş tutub.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button