Gündəm

Televiziyalarda aparılan monitorinqin nəticələri açıqlanıb

Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi televiziya kanallarında aparılan monitorinqin nəticələri ilə bağlı statistik məlumatı açıqlayıb.

Monitorinq Mərkəzinin direktor müavini Gülarə Əmirova bildirib ki, qeydə alınmış 6000 dil faktından 4753-ü hesabata daxil edilib.

“Onlardan 1017-si orfoepik, 233-ü orfoqrafik, 1346-si leksik, 651-i qrammatik, 1506-sı isə üslub və ifadə səhvidir”, – o deyib.

G. Əmirova aparıcı və müxbirlərlə yanaşı ekspert va qonaqların nitqinin də monitorinqə cəlb olunduğunu, titrlərdə və dublyaj filmlərində yol verilmiş xarakterik səhvlərin kitaba daxil edildiyini vurğulayıb.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button