Mədəniyyət

Teatr direktoru mənimsəməyə görə işdən çıxarılıb

Bakı. Çingiz Səfərli – Trend:
Qax Dövlət Kukla Teatrının direktoru Nazim Mahmudov işdən çıxarılıb.
Bu barədə Trend-ə Mədəniyyət Nazirliyindən məlumat verilib.
Məlumatda qeyd olunub ki, Qax Dövlət Kukla Teatrının direktorunun fəaliyyəti barədə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən müvafiq araşdırma aparılıb və barəsində tədbir görülüb:

“Bildiririk ki, öz vəzifə səlahiyyətlərindən, qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və israf etmə əməli törətməsi, hüquq pozuntuları nəticəsində mərkəzi icra hakimiyyəti orqanının nüfuzuna xələl gətirən əməllərə yol verməsi səbəbindən Qax Dövlət Kukla Teatrının direktoru Nazim Davud oğlu Mahmudovun əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq bəndlərinə əsasən xitam verilib”.
Twitter: @cingizsafarli

TREND

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button