Siyasət

TDT-yə üzv dövlətlərin Dini Liderlər Şurasının növbəti toplantısı Azərbaycanda keçiriləcək

Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin Dini Liderlər Şurasının ikinci toplantısı Azərbaycanda keçiriləcək.

Bu barədə “Report”un Türkiyə bürosuna açıqlamasında TDT Baş katibinin müavini Qismət Gözəlov məlumat verib.

Onun sözlərinə görə, bu ilin sentyabr-oktyabr aylarında keçirilməsi nəzərdə tutulan toplantıda Dini Liderlər Şurasının Nizamnaməsinin qəbul edilməsi gözlənilir.

Qeyd edək ki, bu gün İstanbulda Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin Dini Liderlər Şurasının birinci – təsis toplantısı keçirilib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button