İqtisadiyyat

TDƏŞ ölkələri arasında iqtisadi zonalara dair təcrübə mübadiləsi haqqında sənəd imzalanacaq

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (TDƏŞ) üzv olan ölkələr arasında müxtəlif iqtisadi zonalar sahəsində məlumat və təcrübə mübadiləsi haqqında Anlaşma Memorandumu imzalanacaq.
“APA-Economics” xəbər verir ki, memorandum imzalanması Azərbaycanda Xüsusi İqtisadi Zonalar sahəsinin inkişaf etdirilməsi, yeni investisiyaların cəlb edilməsinə, TDƏŞ üzvlərinin bu sahədə inkişafından yararlanmasına, təcrübə mübadiləsi baxımından TDƏŞ ölkələri arasında müxtəlif iqtisadi zonalar sahəsində məlumat və təcrübə mübadiləsi ilə bağlı öz töhfəsini verəcək.
Memorandum çərçivəsində həyata keçiriləcək fəaliyyətlərin koordinasiyası üçün tərəflərin müvafiq institutları tərəfindən birgə başçılıq edəcək birgə işçi qrupun yaradılması nəzərdə tutulur.
İmzalanması nəzərdə tutulan Anlaşma Memorandumunun icrasına cavabdeh orqanlar Azərbaycan İqtisadiyyat Nazirliyi, Qazaxıstanın Sənaye və İnkişaf Nazirliyi, Qırğızıstanın İnvestisiya Nazirliyi və Türkiyə Ticarət Nazirliyi, Özbəkistanın İnvestisiyalar və Xarici Ticarət nazirliyidir.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button