İqtisadiyyat

TDƏŞ ölkələri arasında iqtisadi zonalara dair sənəd imzalanıb

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ) ölkələrinin iqtisadiyyat nazirlərinin Bakıda keçirilən 10-cu görüşü çərçivəsində Şuraya üzv olan ölkələr arasında müxtəlif iqtisadi zonalar sahəsində məlumat və təcrübə mübadiləsi haqqında Anlaşma Memorandumu imzalanıb.
“APA-Economics” xəbər verir ki, sənədi Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, Qazaxıstanın ticarət və inteqrasiya naziri Baxıt Sultanov, Qırğızıstanın Baş nazirinin müavini, iqtisadiyyat və maliyyə naziri Akılbek Japarov, Türkiyənin ticarət naziri Mehmet Muş, Özbəkistanın investisiyalar və xarici ticarət nazirinin birinci müavini Aziz Voitov və Macarıstanın təhlükəsizlik siyasəti üzrə dövlət katibi Petr Sztaray imzalayıblar.
Memorandum imzalanması Azərbaycanda Xüsusi İqtisadi Zonalar sahəsinin inkişaf etdirilməsi, yeni investisiyaların cəlb edilməsinə, TDƏŞ üzvlərinin bu sahədə inkişafından yararlanmasına, təcrübə mübadiləsi baxımından TDƏŞ ölkələri arasında müxtəlif iqtisadi zonalar sahəsində məlumat və təcrübə mübadiləsi ilə bağlı öz töhfəsini verəcək.
Memorandum çərçivəsində həyata keçiriləcək fəaliyyətlərin koordinasiyası üçün tərəflərin müvafiq institutları tərəfindən birgə başçılıq edəcək birgə işçi qrupun yaradılması nəzərdə tutulur.
Sözügedən sənədin icrasına cavabdeh orqanlar qismində Azərbaycan İqtisadiyyat Nazirliyi, Qazaxıstan Sənaye və İnkişaf Nazirliyi, Qırğızıstan İnvestisiya Nazirliyi, Türkiyə Ticarət Nazirliyi, həmçinin Özbəkistanın İnvestisiyalar və Xarici Ticarət Nazirliyi çıxış edir.
***
11:22
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (TDƏŞ) üzv olan ölkələr arasında müxtəlif iqtisadi zonalar sahəsində məlumat və təcrübə mübadiləsi haqqında Anlaşma Memorandumu imzalanacaq.
“APA-Economics” xəbər verir ki, memorandum imzalanması Azərbaycanda Xüsusi İqtisadi Zonalar sahəsinin inkişaf etdirilməsi, yeni investisiyaların cəlb edilməsinə, TDƏŞ üzvlərinin bu sahədə inkişafından yararlanmasına, təcrübə mübadiləsi baxımından TDƏŞ ölkələri arasında müxtəlif iqtisadi zonalar sahəsində məlumat və təcrübə mübadiləsi ilə bağlı öz töhfəsini verəcək.
Memorandum çərçivəsində həyata keçiriləcək fəaliyyətlərin koordinasiyası üçün tərəflərin müvafiq institutları tərəfindən birgə başçılıq edəcək birgə işçi qrupun yaradılması nəzərdə tutulur.
Sözügedən sənədin icrasına cavabdeh orqanlar qismində Azərbaycan İqtisadiyyat Nazirliyi, Qazaxıstan Sənaye və İnkişaf Nazirliyi, Qırğızıstan İnvestisiya Nazirliyi, Türkiyə Ticarət Nazirliyi, həmçinin Özbəkistanın İnvestisiyalar və Xarici Ticarət Nazirliyi çıxış edir.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button