Gündəm
TBMM-də Xocalı soyqırımı anılıb

“Uşaqların başlarının daşla əzildiyi, hamilə qadınların qarnının amansızcasına yarıldığı, fəryadların səmaya yüksəldiyi Xocalını unutmamışıq, unutmarıq”.
Bu sözləri MHP-dən olan millət vəkili Mehmet Taytak Türkiyə Parlamentində çıxışı zamanı deyib. O, Xocalıya hücum zamanı şəhid olanları rəhmətlə anıb, həmin gün baş verən faciəni isə tarixin “qara ləkəsi” adlandırıb.