İdman

Tbilisidə basketbol üzrə Avropa çempionatı üçün müasir idman zalı tikilir

Gürcüstanın paytaxtı Tbilisidə basketbol üzrə Avropa çempionatının oyunlarının keçirilməsi üçün beynəlxalq standartlara uyğun yeni idman sarayı inşa olunur.

Bu barədə ölkənin Baş naziri İrakli Qaribaşvili hökumətin iclasında açıqlama verib.

“Bu il basketbol üzrə Avropa çempionatına Köln, Praqa və Milan şəhərləri ilə yanaşı, Gürcüstanın paytaxtı Tbilisi də ev sahibliyi edəcək” deyən İ.Qaribaşvilinin sözlərinə görə, Tbilisidə çempionatın A qrupu üzrə matçları sentyabrın 1-dən 18-dək keçiriləcək: “Oyunlarda Gürcüstan yığması ilə yanaşı, İspaniya, Rusiya, Türkiyə, Belçika və Bolqarıstanın milli komandaları da iştirak edəcəklər”.

Qeyd edək ki, Almaniya, Fransa, Sloveniya, Litva, Macarıstan, Bosniya və Herseqovina B, İtaliya, Yunanıstan, Xorvatiya, Ukrayna, Estoniya və Böyük Britaniya C, Çexiya, Serbiya, Finlandiya, Polşa, İsrail və Niderland D qrupunda yer alıb.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button