Dünya

Tbilisidə Saakaşviliyə azadlıq tələbi ilə mitinq keçiriləcək

Bu gün Gürcüstanın paytaxtı Tbilisidə keçmiş Prezident Mixeil Saakaşvilinin azadlığa buraxılması tələbi ilə mitinq keçiriləcək.
“Report”un yerli bürosu xəbər verir ki, “Mişaya azadlıq!” şüarlı kütləvi aksiya saat 18:00-da Azadlıq meydanında təşkil olunacaq.
Müxalif Vahid Milli Hərəkat Partiyasının təşkil etdiyi mitinqə müxtəlif bölgələrdən iştirakçılar da qatılacaq.
Meydanda səhnə və monitorun quraşdırılmasına başlanılıb.
Qeyd edək ki, M.Saakaşvili oktyabrın 1-də Tbilisidə saxlanılıb. O, hazırda Rustavidəki 12 saylı həbsxanadadır və artıq 14-cü gündür aclıq aksiyası keçirir.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button