Dünya

Tbilisidə mərkəzi yol bağlanıb, xüsusi təyinatlılar səfərbər olunub

Tbilisidə Respublika meydanından Azadlıq meydanına qədər olan avtomobil yolu bağlanıb.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə şəhər meriyasından bildirilib.
Məlumata əsasən, Azadlıq meydanında bu gün keçiriləcək aksiya ilə bağlı Rustaveli prospektində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.
Sərnişin avtobuslarının hərəkət marşrutu da müvəqqəti dəyişdirilib.
Qeyd edək ki, bu gün saat 18:00-da Azadlıq meydanında Gürcüstanın eks-prezidenti Mixeil Saakaşvilinin azad edilməsi tələbi ilə mitinq keçiriləcək. 
14.26
Tbilisidə keçmiş Prezident Mixeil Saakaşvilinin azadlığa buraxılması tələbi ilə keçiriləcək mitinqlə əlaqədar olaraq təhlükəsizlik tədbirləri gücləndirilib.
“Report”un yerli bürosu xəbər verir ki, Azadlıq meydanı yaxınlığında polis qüvvələri və xüsusi təyinatlılar səfərbər olunub.
Polis əməkdaşları ilə dolu bir neçə avtobus Rustaveli prospektində müşahidə olunur. Bir avtobus parlament binasının həyətinə daxil olub.
Qeyd edək ki, “Mişaya azadlıq!” şüarlı mitinq bu gün saat 18:00-a təyin olunub. Məkanda kütləvi aksiyaya hazırlıq işləri görülür. Bölgələrdən eks-prezidentin tərəfdarlarının olduğu maşın karvanları Tbilisiyə yollanıb.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button