Dünya

Tbilisidə 11 narkotik alverçisi saxlanılıb

Gürcüstanın paytaxtı Tbilisidə son on gündə aparılmış xüsusi əməliyyatlar zamanı biri xarici ölkə vətəndaşı olmaqla 11 narkotik alverçisi saxlanılıb.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin Kriminal Polis Baş İdarəsinin rəisi Mamuka Çelidze brifinqdə deyib.
Onun sözlərinə görə, həmin şəxslərin 3-ü Poniçala (Soğanlıq) sakinidir.
Saxlanılanlar narkotik vasitələrin qanunsuz əldə olunması, saxlanılması və satışında ittiham olunurlar. Onları 8 ildən 20 ilədək və yaxud ömürlük həbs cəzası gözləyir.
İstintaqla müəyyən olunub ki, təqsirləndirilən şəxslər sistematik olaraq vətəndaşlara heroin və digər narkotik vasitələr satıb.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button