Dünya

Tbilisidə ənənəvi şəhər bayramı növbəti dəfə ləğv olunub

COVID-19 pandemiyası səbəbindən Tbilisidə ənənəvi “Tbilisoba” şəhər bayramı ötən il olduğu kimi bu il də keçirilməyəcək.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə şəhər meri Kaxa Kaladze məlumat verib.
O, festivalın bu il də təşkil olunmayacağından təəssüfləndiyini bildirib: “Bu gün də biz gözəgörünməz düşmənlə mübarizə aparırıq və ən əsası insanların sağlamlığıdır. Bu səbəbdən bu il də bayram tədbirlərini keçirə bilməyəcəyik”.
Mer qeyd edib ki, “Tbilisoba”ya həsr olunan konsert və Tbilisinin fəxri vətəndaşlarının təltifetmə mərasimi canlı efirdə yayımlanacaq.
Qeyd edək ki, Gürcüstan paytaxtında genişmiqyaslı “Tbilisoba” şəhər bayramı 1979-cu ildən təşkil olunur. Əvvəllər bu şənlik oktyabr ayının sonunda keçirilsə də, 2018-ci ildən ayın ilk bazar günləri qeyd edilirdi.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button